Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Krıtı Araz” ləqəbi ilə tanınan Araz Fərəcov, Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev və Xəyyam Qurbanlının məhkəməsi keçirilib. 

Hakim Rasim Sadıxovun icraatında olan zərərçəkmiş Rəşid Şükürov deyib ki, evindən oğurluq olub: “Hadisə biz evdə olan zaman baş verib. Oğru evdən qaçanda gödəkçəsi otaqda qalıb, telefonu da qonşunun həyətinə düşüb. Amma evdən heç nə apara bilməyib”. 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Ramiq Nəsibov ifadə verərək deyib ki, 8 saylı cəzaçəkmə müəssisinin kamerasında 2 telefon, qulaqcıq, “adaptır” və yaddaş kartı tapılıb: “Həmin kamerada 10 nəfər saxlanılırdı. Biz tapdıqlarımızı protokollaşdırdıq. Kamerada olanlar heç nə bilmədiklərini dedilər”. 

PX-nin digər əməkdaşı ifadəsində bildirib ki, rəhbərliyin göstərişi ilə axtarışdan əvvəl Araz Fərəcovdan başqa digər dustaqları kameradan çıxarıblar. 

Proses martın 27-də davam etdiriləcək. 

Oxumağa dəyər:   Ərdoğan BMT sessiyasında qurumu tənqid etdi - "5 daimi üzvə xidmət edən bir forma alıb"

İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər. Dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.

İstinadlar Qafqazinfo