Rusiyanın Sankt-Peterburq şəhərində Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının 21-ci iclası keçirilib.

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.

İclasda Ekspertlər Şurasının tərkibi, rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları, MDB ölkələrində cəmiyyətin rəqəmli inkişafının hüquqi bazası, rəqəmli eyniləşdirmə və s. məsələlər müzakirə olunub.

“Rəqəmli İnkişaf”, “İKT sahəsində pozuntuların qarşısının alınması” haqqında və sahə üzrə digər bir sıra model qanun layihələrinə baxılıb. Qanun layihələri təsdiq edilib.

İstinadlar ict news