
Qəzza zolağında Misirlə sərhəddə yeganə sərhəd-keçid məntəqəsi olan Rəfahı Fələstin tərəfi idarə edəcək.
Məlumata görə, qərar İsrailin “Şin Bet”, “Mossad” xüsusi xidmət orqanlarının və Misir kəşfiyyatının rəhbərlərinin Qahirədəki görüşündə qəbul edilib.
Tərəflər Fələstin administrasiyasının Rəfah sərhəd-keçid məntəqəsini “beynəlxalq müşahidə və BMT-nin monitorinqi altında” idarə etməsi ilə bağlı razılığa gəliblər.
Mənbə bildirib ki, əsas sərhəd-keçid məntəqəsinin açılacağı tarix hələ təyin edilməyib.