Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk icması ilə görüşəcək.

ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsinin təşkilatçılığı ilə baş tutacaq görüş Nyu-Yorkun Manhetten adasındakı “Manhattan Center”də keçiriləcək. Türkiyə prezidenti görüşdə çıxış edəcək. Görüş bu gün ABŞ vaxtı ilə saat 4:00-da baş tutacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.

Dövlət başçısının səfəri 3 gün davam edəcək.

İstinadlar Report