“Realme India” baş direktoru Madhav Şet şirkətin ən ucuz məhsulu olacaq 32 düym diaqonallı yeni “ağıllı” televizorun buraxılışının üzərində çalışmasını təsdiqləyib.

Bu yaxınlarda şirkət tərəfindən “Dolby Vision”, “Dolby Atmos” və “DTS-HD” texnologiyalarını dəstəkləyən 43 və 50 düymlük televizorlar buraxılıb. 32 düymlük modelin analoji xüsusiyyətlər və funksiyalar təklif edəcəyi gözlənilir. Yeni televizor “4K” təsvir ölçülü panellə təchiz ediləcək.

“MediaTek” birkrsitallı sistemi üzərində qurulan qurğular 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Onlar “Android TV 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir, populyar proqramları, eləcə də “Google Chromecast” musiqi pleyerini və “Google Assistant” səsli köməkçisini dəstəkləyir.

Televizorlar ikidiapazonlu “Wi-Fi”, “Bluetooth 5.0” modulları, üç “HDMI” portu, iki “USB” çıxışı, “SPDIF” optik çıxışı və “Ethernet” çıxışı ilə təchiz edilib. Səs üçün hər biri 12 vatt gücündə iki səsgücləndiricidən istifadə olunur.

32 düym diaqonallı yeni televizorun iyunun 24-də nümayiş olunacağı gözlənilir.

Nizam Nuriyev

İstinadlar ict news