Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Bu barədə onun vəkili Rəsul Yusifbəyli bildirib.

Onun sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib: “Müvəkilimin barəsində bəraət hökmünün çıxarılmasını istəyirik”.

Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

İstinadlar Report