Bizə “Kurtlar vadisi” və “Bir zamanlar Çukurova” seriallarından tanış olan türkiyəli aktrisa Serpil Tamur Bakıda qonaq olub. Polat Alemdarın “ana”sı kimi tanınan aktrisa azərbaycanlı jurnalistlərə müsahibəsində Rasim Balayevi çox bəyəndiyini vurğulayıb.  75 yaşlı aktrisa hətta onunla eyni filmdə rol almaq istədiyini də vurğulayıb. 

Məsələ ilə bağlı xalq artisti, görkəmli aktyor Rasim Balayev açıqlama verib. Aktyor Serpil Tamurun bu fikrini yüksək dəyərləndirib:

“Bəli, Serpil xanımın dediklərindən xəbərim var. Bu dəyəri görmək xoşdur. Əgər elə bir film olsa, mən də onunla eyni filmdə rol almağı istəyərəm. Serpil Tamur böyük aktrisadır. Ona hörmətim var. Amma film normal film olsa təbii ki. Yoxsa indikilər kimi bayağı filmlər olsa istəmərəm”

İstinadlar Y/sabah