Xəbər verdiyimiz kimi, bu gecə xalq artisti Amaliya Pənahova 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Bu məqamda mərhum aktrisanın bir çox filmlərdə birlikdə rol aldığı xalq artisti Rasim Balayevlə əlaqə saxladıq

70 yaşlı aktyor hazırda Türkiyənin Ankara şəhərində müalicə aldığını, həmkarının vida mərasimində iştirak edə bilməyəcəyini söyləyib.

“Xəbəri eşidəndə çox pis oldum. Amaliya Pənahova böyük sənətkar idi. Bu, Azərbyacan teatrı üçün böyük itkidir”, – deyə R. Balayev bildirib.

Qeyd edək ki, A. Pənahova ilə vida mərasimi sabah Akademik Milli Dram Teatrında baş tutacaq.

İstinadlar Qafqazinfo