Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin konfransında quruma yeni üzvlər qəbul olunub.

11 hüquqşünas Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv qəbul edilib ki, onların arasında Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə də var.

Qeyd edək ki, BDU-nun Hüquq fakültəsinin məzunu olan S.Alızadə həm də QHT sektorunda fəaliyyət göstərir.

 



İstinadlar Qafqazinfo