Ramiz Rövşən və Səlim Babullaoğlu Şəxsiyyət Qızıl Medalı ilə təltif edilib.

Moldovada fəaliyyət göstərən “Personalite ” Beynəlxalq İctimai Birliyinin (Asociaţia Internaţională Obştească “Personalitate”) eyniadlı nəşri bu ilin aprel ayının 14-də “Personalite” / “Şəxsiyyət” Qızıl Medalının təqdimetmə mərasimini keçirib.

Azərbaycandan medal Xalq şairi Ramiz Rövşənə və şair Səlim Babullaoğluna verilib.

Qeyd edək ki, toplunun tərtibçisi və naşiri “Personalite” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.

Aytac Oruc

İstinadlar Kulis.az