Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən 1 ilə yaxın zaman ötür. Bu müddətdə ölkə rəhbərliyi başda olmaqla əksər ictimai-siyasi xadimlər, tanınmış şəxslər azad edilmiş şəhər və rayonlarımıza dəfələrlə səfər ediblər.

Azərbaycan 24-ə daxil olan məlumata görə bəzi sabiq məmurlara və ya vəzifədə olsa da, ‘arzuolunmaz’ sayılan şəxslərə isə bu ərazilərə, xüsusən Şuşaya səfər qeyri-rəsmi yasaqlanıb.

Konkret olaraq AMEA prezidenti Ramiz Mehdiyevin Şuşaya səfər etmək arzusunu bildirməsinə rəğmən o, nə orada keçirilən rəsmi tədbirlərə dəvət edilmir, nə də ayrıca səfərinə icazə verilmir.

Oxşar halın Əli Həsənovla da bağlı baş verdiyi iddia edilir.

İddialara görə, rəsmi Bakı məhz həmin şəxsləri və digər bir neçə şəxsi mühüm postlardan aldıqdan sonra daha arxayın Vətən savaşına başlayıb və əraziləri azad edib. İndi isə həmin şəxslərin Şuşa və digər ərazilərə gedərək ‘ucuz reklam və saxta vətənpərvərlik’ sərgiləmək cəhdləri yasaqlanıb.

Yazıda adı keçən tərəflərin də mövqelərinə dərc edə bilərik.