Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev Prezident İlham Əliyev haqqında 54 səhifəlik məqalə-kitab yazıb.

Azərbaycan 24 xəbər verir ki, Ramiz Mehdiyev məqaləsində İlham Əliyevlə işlədiyi 16 illik müddətə dair müşahidələrini bölüşüb.

Akademik, İlham Əliyevin şəxsi keyfiyyətləri, potensialı, bacarıqları haqda yüksək fikirlər söyləyib, onun son islahatlarını alqışlayıb.

Ramiz Mehdiyev məqaləsində İlham Əliyevi Azərbaycanın yeni minillikdə Ümummili lideri adlandırıb.