Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Iclasda Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Eyni zamanda, AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin edilib.