
“Əfqanıstanda təxminən 6 milyon insan qida çatışmazlığı ilə üzləşib”.
Bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Əfqanıstanda iqtisadi sarsıntılar ciddi humanitar ehtiyaclara səbəb olub:
“Biz bütün il maliyyə yardımı üçün mübarizə apardıq. Bu, beşinci mərhələyə keçməzdən əvvəlki mərhələdir və beçinci mərhələ fəlakətli aclıq mərhələsidir. Beləliklə, 6 milyon əfqan fəlakətli aclığın sərhəd xəttinə yaxınlaşır”.
R.Ələkbərov deyib ki, havaların soyuması ölkədə vəziyyəti daha da çətinləşdirib: