Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfəri çərçivəsində 15 iyul hərbi çevriliş cəhdi zamanı Ankarada bombalanan Gölbaşı Xüsusi Təyinatlı Polis İdarəsində olub

Azərbaycan və Türkiyənin daxili işlər nazirlərini yüksək rütbəli şəxslər qarşılayıblar.
Ramil Usubov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, səfərinin əsas məqsədlərindən biri Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı əlaqələrinin üzə çıxarılması üçün məlumat mübadiləsi aparmaqdır:
“Burada olmağımın əsas səbəblərindən biri də Azərbaycanda da FETÖ-nün əlaqələrinin və onların hansı cinayətlərdə iştirakının müəyyən edilməsidir. Hörmətli daxili işlər naziri ilə də danışıqlarımızda məlumat mübadiləsi ilə bağlı razılığa gəldik. Qarşılıqlı əməkdaşlıq edək ki, Türkiyədə də, Azərbaycanda da bu canilər ifşa olunsunlar”.
Nazir Ramil Usubov hərbi çevrilişə cəhd zamanı şəhid olanlara rəhmət, yaralılara şəfa diləyib.
<iframe width=”480″ height=”360″ src=”http://apa.tv/embed/32845″ frameborder=”0″ allowfullscreen></iframe>