Sabah Ramazan ayının 21-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 4-də imsak saat 04:00-da, iftar isə saat 19:54-dədir.

Ramazan ayının 21-ci gününün duası:

“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin”.

Tərcüməsi:

“İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə yol göstər, Şeytanın məni azdırması üçün yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!”

Allah orucunuzu qəbul etsin!