
Vivek Ramasvami İlon Maskla birlikdə rəhbərlik etməli olduğu hökumətin işinin səmərəliliyinin artırılması üzrə yeni departamentin rəhbəri postundan imtina edə bilər.
Bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Ramasvami yanvarın sonuna qədər Ohayo ştatının qubernatoru vəzifəsinə seçki kampaniyası elan etmək niyyətindədir. Bundan başqa, onun departamentin işçi qrupunun fəaliyyətində getdikcə daha az iştirak etməsi heyətin narazılığına səbəb olur.