Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramova cəza istənilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən iclasda prokuror çıxış edərək R.Bayramovun 10 il azadlıqdan məhrum edilməsini təklif edib. Proses avqustun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan R.Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilir.

İstinadlar Qafqazinfo