Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının xüsusi sessiyasında argentinalı diplomat Rafael Qrossinin AEBA-nın baş direktoru vəzifəsinə təyin olunması təsdiqlənib.

AEBA İdarə Heyəti oktyabrın 30-da 2013-cü ilin iyunundan Argentinanın Vyandakı bütün beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi olan R,Qrossinin Agentliyin yeni baş direktoru təyin edilməsi barədə qərar qəbul etmiş, qərar rəsmi təsdiq üçün Baş Konfransa təqdim edilmişdi.

Qeyd edək ki, R.Qrossi AEBA-ya rəhbərlik edən ilk latın amerikalıdır. O, səlahiyyətlərinin icrasını dekabrın 3-də başlayacaq. Argentinalı diplomat Agentliyin yarandığı 1957-ci ildən bəri ona rəhbərlik edəcək altıncı şəxs olacaq. AEBA rəhbəri dörd il müddətinə təyin olunur.

İstinadlar Report