Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) hazırkı Baş direktoru Rafael Qrossi vəzifəsini 2027-ci il dekabrın 2-dək davam etdirəcək.

Bu barədə Rafael Qrossinin özü mətbuat konfransı zamanı məlumat verib.

Onun namizədliyi təşkilatın 67-ci Baş Konfransının nümayəndələri tərəfindən təsdiqlənib.

R.Qrossi andiçmə mərasimindən sonra qeyd edib ki, son illər qlobal təhlükəsizlik ciddi problemlərlə, məsələn, koronavirus pandemiyası ilə üzləşib.

Onun sözlərinə görə, ilk dəfə olaraq nüvə proqramının təhlükəsizliyi və etibarlılığı ciddi təhlükə altında olub: “Bundan əlavə, dünya iqlim dəyişikliyindən, yoxsulluq, aclıq və ərzaq qıtlığından əziyyət çəkir”.

İstinadlar Report