Prezident İlham Əliyev Rafael Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R. Hüseynovun avqustun 12-si 69 yaşı tamam olur.