Azərbaycanlı karateçilər Rafael Ağayev və İrina Zaretska Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi olub.

Rafael Ağayev finalda Qazaxıstandan olan rəqibi Yermek Aynəzərovla qarşılaşıb.

O, rəqibinə qalib gələrək turnirin qalibi olub.

68 kq çəkidə qadınların mübarizəsində  İrina Zaretska isə finalda çinli rəqibi Qong Liyə qalib gəlib.

Qadınların mübarizəsində 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva Yaponiya təmsilçisi Endo Çinatsunu məğlub edərək yarışın bürünc mükafatçısı olub.