Qvineyada dövlət çevrilişi edən ordu qarşıdakı iki il ərzində hakimiyyətdə qalmaq niyyətindədir və bundan sonra ölkədə azad seçkilər keçiriləcək.

Bu barədə Qvineyanın xəbər portalı “Guinee7” məlumat yayıb.

Məlumata görə, yaxın iki ildə hakimiyyətdə Qvineya ordusu və milli birlik hökuməti tərəfindən yaradılan Milli Birlik və İnkişaf Komitəsi olacaq.

Ordu devrilmiş prezident Alfa Konde qarşısında 3 seçim qoyub: ölkədə qalmaq, ancaq ev dustağı olmaq və ya Qvineyanı tərk edərək istədiyi ölkəyə getmək.