Qvineyanın Siquiri əyalətində yerləşən qızıl mədənində bu gün səhər saatlarında baş verən uçqun nəticəsində üçü uşaq olmaqla azı 10 nəfər ölüb.

Hadisə rəsmi olaraq fəaliyyətdə olmayan mədəndə baş verib ki, orada hər hansı fəaliyyətə icazə verilmir.

Qəza yerinə cəlb edilən xilasedicilər itkin düşənlərin axtarışını aparır.

İstinadlar Report