Qvatemalada yerləşən Fueqo vulkanının püskürməsi nəticəsində həyatını itirən insanların sayı 114 nəfərə çatıb

On gün əvvəl püskürən vulkanın ətrafında indiyə qədər 114 nəfərin cəsədi aşkarlanıb, 150-dən çox insan isə hələ də itkin düşmüş sayılır. Vulkanın ümumilikdə 1,7 milyon insana təsir etdiyi ehtimal olunur.
İyunun 3-dən bəri təhlükəli ərazilərdən 4 mindən çox yerli sakin təxliyə edilib və müvəqqəti sığınacaqlara yerləşdirilib. Hakimiyyət orqanlarının vulkandakı aktivliyi əvvəlcədən gördüyü, lakin əhalinin təxliyəsi barədə qərarı gecikdirdiyi iddiası ilə təhqiqat başlayıb.