
Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.
Bu barədə BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib.
O, vurğulayıb ki, “referendum”lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.