BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın son raket buraxılışlarını pisləyib və Pxenyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlara qayıtmağa çağırıb.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu, baş katibin qınadığı açıq eskalasiyadır”, – Düjarrik deyib.

Bu arada ABŞ BMT Təhlükəsizlik Şurasının oktyabrın 5-də Şimali Koreya ilə bağlı xüsusi iclasının keçirilməsini xahiş edib.

İstinadlar Report