BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada təcili və davamlı atəşkəsə çağırıb.

Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Onun sözlərinə görə, Baş katib İsrailin əsirləri xilas etmə əməliyyatı zamanı yüzlərlə fələstinlini öldürməsini pisləyib:

“Biz bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırışlarımızı davam etdiririk. Əməliyyatlar çərçivəsində yüzlərlə fələstinli mülki şəxsin həlak olması və yaralanmasını pisləyirik. Bölgədə hər hansı insan itkisinin baş verməsi faciədir. Hər kəsin beynəlxalq hüquq çərçivəsində öhdəlikləri var və bu öhdəliklərə əməl etməlidir. Qəzzada münaqişə dayandırılmalı, girovlar azad olunmalı, bölgədə təcili və davamlı atəşkəs olmalıdır”.

İstinadlar Report