
“Təəssüf ki, bölgədə terror qrupları var və Burkina Fasoda baş verənlər beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edir”.
Bunu BMT-nin baş katibi Antoniu Quttereş Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
Baş katib Burkina Fasoda baş vermiş dövlət çevrilişindən narahatlığını ifadə edib: “Hərbçilərin rolu hökumətə hücum etmək və hakimiyyət uğrunda mübarizə aparmaq deyil, öz ölkələrini və xalqlarını müdafiə etmək olmalıdır”.
A.Quttereş sözügedən ölkədə tərəfləri dialoqa çağırıb: “Orduya müraciətim ondan ibarətdir ki, öz peşəkar rolunu öz üzərinə götürüb ölkələrini qorusun və demokratik təsisatları bərpa etsinlər”.