“Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub”.

Bu barədə məlumatı Qusar Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Şaiq Fərəməzov verib. O bildirib ki, şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bir neçə yaşayış evinin, sosial obyektin, tövlənin və yardımçı tikilinin dam örtüyünü dağıdıb.

Güclü küləyin təsirindən rayonda iri gövdəli ağaclar minik avtomobilinin üzərinə ağac aşıb. Yollarda, avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib

Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə mavi yanacağın verilməsi dayanıb.

Külək əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan vurub. Güclü külək şəhər 2 saylı və Yasab kənd orta məktəblərinin dam örtüyünü atıb. İlkin məlumata görə, külək 20-dən çox evin dam örtüyünü dağıdıb.

Oxumağa dəyər:   Axtarışda olan 26 nəfər tutulub

Hazırda Qusar rayon fövqəladə hallar komissiyalarının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

Emin Kərimov

İstinadlar Qafqazinfo