Qusar rayonunda yol qəzası baş verib, 5 nəfər xəsarət alib.

Hadisə Quba-Qusar avtomobil yolunun Xucbala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili yol kənarinda maşın təmiri ilə məşğul olan şəxsləri vurub. Nəticədə Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Rüstəm Elman oğlu Əliyev, Quba rayon sakinləri – 1990-cı il təvəllüdlü Araz Kərim oğlu Şıxəliyev, 1971-ci il təvəllüdlü İlqar Lətifulla oğlu Quliyev, 1994-cü il təvəllüdlü Xanbaba Agahüseyn oğlu İsmayılov və 1999-cu il təvəllüdlü Xəyal İlqar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İstinadlar Report