Qusarda obyekt yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus avtomobil təmiri sexində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200m² olan sexin içərisində yığılmış avtomobil şinləri 20m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 50m² sahədə və sexdə təmirə dayanmış “SHACMAN” markalı yük avtomobilinin arxa işıqları qismən yanıb.

İstinadlar Report