Qusarda evə oğurluğa girən şəxs qadını bıçaqlayıb.

Hadisə rayonun Yeni-Həyat kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Sonaxanım Şeda qızı Bağırova evə oğurluğa girən şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İstinadlar Report