Qusarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Ötən gün rayonun Samur qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini həyətindəki fərdi təsərrüafata traktorla ot tayları gətirərkən taylardan biri qoşqudan düşərək həyətin girişindəki darvazanı aşırıb. Aşan darvaza orada dayanmış 2014-cü il təvəllüdlü qızın üstünə düşüb.

Traktor hərəkət edib həyətə daxil olduqdan bir neçə dəqiqə sonra 8 yaşlı uşağın yaxınları onu tapa bilməyib. Az sonra qızın aşan darvazanın altında qalaraq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza

İstinadlar Qafqazinfo