Qusarda 53 yaşlı kişi bir aydır itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yaşayan 53 yaşlı Feyruz Muradov 2022-ci il dekabrın 31-də yaşadığı ünvandan Bakı şəhərinə işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.