Qusar rayonunda fəaliyyət göstərən “Qala” hotelində həyat yoldaşı tərəfindən döyülən 39 yaşlı qadın xəsarət alıb.

Bir neçə gün öncə Qusar rayonunda yerləşən “Qala” hotelinə istirahətə gedən 1985-ci il təvəllüdlü Ş.B. əri tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

İstinadlar Report