Qurban Qurbanovun oğlu Musa Qurbanlı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında “Qarabağ”ın əsas heyətində debüt edib.

17 yaşlı hücumçu “Qarabağ”ın “Keşlə”yə qarşı keçirdiyi matçın ikinci yarısında meydana çıxıb. O, Riçard Almeydanı əvəzləyib.

“ASCO Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” yarımfinala yüksəlib. Son ölkə çempionu bu mərhələdə “Sumqayıt”la üz-üzə gələcək.

Digər yarımfinalda isə “Zirə” və “Qəbələ” komandaları qarşılaşacaqlar. Bu mərhələnin oyunları 22 – 29 aprel tarixində keçiriləcək.

Onu da xatırladaq ki, Musa Qurbanlı daha öncə əsas komanda ilə meydanda yoldaşlıq görüşündə olub.

İstinadlar Virtualaz