Cümə axşamı Qüdsdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb, daha bir neçə nəfər yaralanıb.

Bu barədə İsrailin “The Times of Israel” nəşri məlumat yayıb.

Silahlı yaraqlıların Qüdsdə avtobus dayanacağına hücumu zamanı biri ağır olmaqla 5 nəfər yaralanıb.

Qəzet həmçinin bildirir ki, öldürülənlərdən biri “terrorçulara atəş açan mülki şəxsdir”. 38 yaşlı kişi “səhvən onu təcavüzkar hesab edən İsrail təhlükəsizlik qüvvələrinin atəşi” nəticəsində dünyasını dəyişib.

İstinadlar Report