Kursk vilayətində 2 min nəfərin yaşadığı 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ukrayna ordusunun Kursk vilayətinə hücumu nəticəsində 12 nəfər ölüb, 121 nəfər yaralanıb.
Bunu Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə deyib.