“Suüstü dronlar Sevastopola hücum edib, Qara dəniz donanması bu hücumun qarşısını alıb”.

Bu barədə Sevastopolun qubernatoru Mixail Razvojayev teleqramda məlumat verib.

O iddia edib ki, qarşı tərəfin 3 obyekti məhv edilib:

“Onlar körfəzdən keçməyə cəhd ediblər, matroslarımız onları atıcı silahlardan atəşə tutublar”.

Qubernatorun sözlərinə görə, partlayışlardan sonra Sevastopolda bir neçə binada şüşələr qırılıb, amma insanlar arasında xəsarət alan yoxdur.

İstinadlar Report