Qubanın Vəlvələ kəndindəki yanğınla bağlı soyutma işləri aparılır.

Bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə ilkin ehtimallara görə, insan ehtiyatsızlığı nəticəsində baş verib.

Yanğının söndürülməsində FHN və ETSN-nin əməkdaşları ilə yanaşı, yerli sakinlər yaxından iştirak ediblər.

“Heç bir insan tələfatı olmayıb. Hava şəraiti imkan versə, 2 gün ərzində yanğını tam söndürmək mümkün olacaq. Hüquq-mühafizə orqanlarında bu məsələ araşdırılacaq, günahkarlar öz cəzalarını alacaqlar. Quba rayonunda fərdi təsərrüfatlara heç bir zərər dəyməyib”, – Z.Əliyev deyib.

İstinadlar Report