Quba rayonunun ucqar dağ kəndləri olan Qarxun, Dərk, Xaltan kəndlərinə güclü yağış yağıb.

Güclü yağıntılar nəticəsində adları çəkilən kəndlərin daxili yolları və onları birləşdirən körpülərə ziyan dəyib.

Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, Şamaxı Doppler radarının 13 iyun saat 12:20 məlumatına əsasən, yaxın saatlarda Quba-Qusar bölgəsinin (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterl olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

İstinadlar Report