Qubanın mərkəzindən 35 km aralıda yerləşən Buduq kəndinə gedən yol bağlanıb.

Buna ötən gündən bəri yağan güclü qar səbəb olub.

Kənd sakinləri yolu açmaq üçün qarı təmizləməyə çalışıblar. Lakin Quba-Buduq yolu sərt dağlıq olduğundan, külək qarı yola töküb. Hazırda kənd yolu bağlı olaraq qalır.

Emin Kərimov



İstinadlar Qafqazinfo