Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

İstinadlar Report