Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisi və layihələndirilməsi işlərinə başlanılıb.

Park, Quba şəhəri Əliqulu Nərimanov küçəsində inşa olunur. Parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb cəlb olunub. 

Parkın eni 24 metr, uzunluğu isə 60 metrdir. Parkda simvolik olaraq, Azərbaycan və Türkiyənin bayraqlarındakı ulduz və ayparalar tikintidə tətbiq olunacaq. 

Emin Gülağaoğlu





İstinadlar Qafqazinfo