Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Berlində Fələstini dəstəkləyən nümayiş zamanı 50 nəfər saxlanılıb
  • BP “Şahdəniz Kompressiya” layihəsi ilə bağlı yekun investisiya qərarının qəbul edilməsinə hazırlaşır
  • BMU-da Abşeron rayon məktəbliləri ilə görüş – Fotolar
  • Tramp: İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib
  • Xocəsəndə taxta yeşiklər yığılmış ərazi yanır
  • İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
  • Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb
  • Azərbaycan “Russia Halal Expo 2025” sərgisində təmsil olunur
  • Prezident Ərdoğanla görüşdü – Foto
  • Kir Starmer: Putin qeyd-şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır
  • BMU-da Abşeron rayon məktəbliləri ilə görüş – Fotolar
  • İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
  • Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb
  • Prezident Ərdoğanla görüşdü – Foto
  • Kir Starmer: Putin qeyd-şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır
  • Ərdoğan Moskva və Kiyev arasında İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb
  • Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
  • Ərdoğan qlobal çağırışlar fonunda Avropanı birliyə çağırıb
  • Azərbaycanda alternativ avtomobil bazarı – ora üz tutmağa dəyərmi? – ARAŞDIRMA
  • Antonio Koşta: Rusiyanın Ukraynada müharibəsi Avropada sülh nizamını pozub
  • Türkiyə universitetində “Uzundərə” rəqsi – Fotolar
  • Makron: Fransa Bakı və İrəvanın sülh sazişi imzalamaq səylərini dəstəkləyir
  • Albaniyanın Baş naziri: Avropa öz resurslarına arxalanaraq gücünü bərpa edə bilər
  • Eltisini evin mətbəxində əməliyyat edibmiş…
  • Prezidentləri güldürən sürpriz… – Video
  • “Azəristiliktəchizat”: “Bakıda “Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Qubada sel evi yerlə bir etdi – Video
17/04/2025 13:50
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
16/05/2025 16:11
Prezidentləri güldürən sürpriz… – Video
16/05/2025 15:10
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
16/05/2025 11:50
Paşinyan İTV-yə müsahibə verdi – Video
16/05/2025 08:02
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO
15/05/2025 21:17
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
15/05/2025 15:50
Zelenski Ankaradadır – Video
15/05/2025 14:05
10.4 kilometr magistral su xətti çəkilir – Video
15/05/2025 12:47
Liftdə qalan 5 nəfər xilas edildi – Video
15/05/2025 09:41
“Avtoş”luq edən şəxs həbs olundu – Video
14/05/2025 16:14
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
14/05/2025 15:03
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
14/05/2025 13:08
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
14/05/2025 12:42
Sumqayıtda yanğın – Video
14/05/2025 11:38
“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video
14/05/2025 10:44
Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video
14/05/2025 10:05

Video xəbərlər

  • Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
  • Prezidentləri güldürən sürpriz… – Video
  • Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
  • Paşinyan İTV-yə müsahibə verdi – Video
  • 6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

16/05/2025
18:08 Şahdağa qar yağır – Faktiki hava
18:07 Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub
18:05 Xələf Xələfov və Murat Nurtleu Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığı müzakirə ediblər
18:02 AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görüldü
17:59 Müştərinin başını pivə bakalı ilə yaraladı
17:53 Əfvlə bağlı iclaslar başa çatdı
17:50 Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
17:47 MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
17:40 Ukrayna və Rusiya “1000-in 1000-ə” formulu üzrə əsir mübadiləsi apara bilər
17:38 Azərbaycan və Latviya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
17:26 Berlində Fələstini dəstəkləyən nümayiş zamanı 50 nəfər saxlanılıb
17:20 BP “Şahdəniz Kompressiya” layihəsi ilə bağlı yekun investisiya qərarının qəbul edilməsinə hazırlaşır
17:17 BMU-da Abşeron rayon məktəbliləri ilə görüş – Fotolar
17:04 Tramp: İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib
17:02 Xocəsəndə taxta yeşiklər yığılmış ərazi yanır
16:59 İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
16:55 Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb
16:53 Azərbaycan “Russia Halal Expo 2025” sərgisində təmsil olunur
16:50 Prezident Ərdoğanla görüşdü – Foto
16:29 Kir Starmer: Putin qeyd-şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır
16:23 Ukraynalı politoloq: İstanbulda heç bir irəliləyiş və real nəticələr gözləmək lazım deyil
16:22 Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib
16:20 Ərdoğan Moskva və Kiyev arasında İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb
16:17 “Azəristiliktəchizat”: Qeyri-qanuni tikinti səbəbindən qazanxananın köçürülməsi daha baha başa gələ bilər
16:13 Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
16:11 Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
16:10 Ərdoğan qlobal çağırışlar fonunda Avropanı birliyə çağırıb
16:07 Naxçıvanda aqrar məhsulların istehsalı 1 %-dən çox artıb
16:05 Azərbaycanda alternativ avtomobil bazarı – ora üz tutmağa dəyərmi? – ARAŞDIRMA
15:56 Antonio Koşta: Rusiyanın Ukraynada müharibəsi Avropada sülh nizamını pozub
15:53 Türkiyə universitetində “Uzundərə” rəqsi – Fotolar
15:50 Roma Papası Vatikanı Rusiya-Ukrayna birbaşa görüşü üçün məkan kimi təklif etmək niyyətindədir
15:47 4 ay ərzində 68 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
15:45 Makron: Fransa Bakı və İrəvanın sülh sazişi imzalamaq səylərini dəstəkləyir
15:44 Albaniyanın Baş naziri: Avropa öz resurslarına arxalanaraq gücünü bərpa edə bilər
15:40 Azərbaycanda növbəti torpaq hərracı elan edilib
15:38 “Heç bir halda sertifikasiya həkimin diplomundan üstün ola bilməz”
15:32 Eltisini evin mətbəxində əməliyyat edibmiş…
15:23 Baş prokuror qəbul keçirdi – Fotolar
15:22 Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olunub
15:20 Yeni sədr də istefa verdi
15:17 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
15:10 Prezidentləri güldürən sürpriz… – Video
15:08 Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə ediblər
15:02 Dövlət Xidməti Tərtərdə vətəndaş qəbulu keçirdi – Fotolar
14:56 “Azəristiliktəchizat”: “Bakıda “Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir”
14:53 Azərbaycan Xəzəryanı ölkələrlə aqrar tədqiqatlar üzrə əməkdaşlığı artırır
14:44 “Azərkabel” ləğv oluna bilər
14:40 Prezident İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14:38 İlham Mirzəliyev: “Bakıda 16 mərtəbəli bina üçün fərdi qazanxana səmərəli sayılmır”
14:35 “O gündən bəri həmin həkim “Qurbanova” soyadı ilə işləyir”
14:32 İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir
14:31 Milli Məclisin növbəti plenar iclası mayın 23-də keçiriləcək
14:29 Peskov Putinlə Tramp arasında təmasların Ukrayna nizamlanması üçün əhəmiyyətini qeyd edib
14:28 İlham Əliyev Albaniyada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb
14:26 Sertifikasiyadan keçməyən tibb işçilərinin 6 ay müddətində iş yeri və maaşının saxlanılması təklifi ilk oxunuşda qəbul edilib
14:25 Ötən il sertifikasiyadan keçən tibb işçilərinin sayı açıqlandı
14:23 “Azəristiliktəchizat”ın sədri: “İstilik mövsümü coğrafi iqlim xüsusiyyətlərinə uyğun tənzimlənəcək”
14:13 Azərbaycanda istilik təsərrüfatının özəlləşdirilməsi təklif olunur
14:11 Xorvatiyanın Baş naziri Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Qubada sel evi yerlə bir etdi – Video

Multimedia 17/04/2025 13:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ötən gün yağan güclü yağış Qubanın Amsarqışlaq kəndində də ciddi fəsadlar törədib. 

Sel nəticəsində Amsarqışlaq kəndinə gedən yeni yol su altında qalıb, həm də bağ sahələri, pomidor tarlaları və bir sıra fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.

Kəndin kənarından keçən çay daşaraq ətraf əraziləri basıb və kənd stadionunu yararsız vəziyyətə salıb. Sakin Tərlan Haktarinin yaşadığı evin yan divarları selin gücünə tab gətirməyərək aşıb, ev tamamilə qəzalı vəziyyətə düşüb. Ailə məcburiyyət qarşısında qohumlarının evinə köçüb.

Digər sakin Akif Babayevin də fərdi yaşayış evinə sel suları dolub.

Hazırda ərazidə təmizləmə və bərpa işləri aparılır.

Qeyd edək ki, aramsız yağan yağışlar Qubanın Çiçi kəndində də yaşayış evlərini dağıdıb. Bəzi evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir. 

Quba Rayon İcra Hakimiyyətindən hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görüldüyü bildirilib. 

Oxumağa dəyər:   MM qanunsuz süni mayalanmaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib

Emin Kərimov

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Multimedia 16/05/2025 16:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirməsi isə suallar yaradıb.

Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentləri güldürən sürpriz… – Video

Multimedia 16/05/2025 15:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Tədbirin bədii hissəsində maraqlı anlar yaşanıb.

Belə ki, Zirvə toplantısında iştirak edən liderlərin sünii intellektlə uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarına öz dillərində salamlarını çatdırıb. Bu isə zalda böyük maraqla qarşılanaraq dünya liderləri daxil olmaqla hər kəsin gülüşünə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Multimedia 16/05/2025 11:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.

Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan İTV-yə müsahibə verdi – Video

Multimedia 16/05/2025 08:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

Ətraflı süjeti təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Multimedia 15/05/2025 21:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.

Hazırda tikinti üçün sənəd işləri hazırlanır.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.

Daha ətraflı “Xəzərxəbər”in süjetində:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Multimedia 15/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zelenski Ankaradadır – Video

Multimedia 15/05/2025 14:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. 

Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. 

Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

***

Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

10.4 kilometr magistral su xətti çəkilir – Video

Multimedia 15/05/2025 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.

Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.

Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.

Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir.  Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb. 

Oxumağa dəyər:   MM qanunsuz süni mayalanmaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.

Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Multimedia 15/05/2025 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Multimedia 14/05/2025 16:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.

Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Multimedia 14/05/2025 15:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır: 

“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”. 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Multimedia 14/05/2025 13:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir. 

Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.

Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Multimedia 14/05/2025 12:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda yanğın – Video

Multimedia 14/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Multimedia 14/05/2025 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Multimedia 14/05/2025 10:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.

M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Oxumağa dəyər:   İlham Mirzəliyev: "Bakıda 16 mərtəbəli bina üçün fərdi qazanxana səmərəli sayılmır"

Sözügedən görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 16/05/2025 16:11

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Read more
Multimedia 16/05/2025 15:10

Prezidentləri güldürən sürpriz… – Video

Read more
Multimedia 16/05/2025 11:50

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Read more
Multimedia 16/05/2025 08:02

Paşinyan İTV-yə müsahibə verdi – Video

Read more
Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla