Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, mayın 28-i axşam saatlarında Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində Quba rayon sakini İkram Dadaşov idarə etdiyi “Hunday” markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.
İ.Dadaşov aldığı xəsarətlərdən Quba RMX-da ölüb.