Quba şəhərində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar evin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Hüseynov Qabil Nəsib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.