Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt şəhər sakini Elşən Quliyev və Quba rayon sakini Tural Əliyev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, eləcə də 2 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd tapança aşkar olunaraq götürülüb.

İstinadlar Report