
Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini 1941-ci il təvəllüdlü Hacağa Babaliyevi vurub.
H.Babayev Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.